Avropada avtomobil satışları son 30 ilin ən pis may ayını keçirib.
Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb. Bildirilir ki, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra zavodların işə düşməsi ilə sektordakı canlanma əlamətlərinə baxmayaraq, Avropada avtomobil satışlarında son 30 ilin ən pis may ayı qeydə alınıb. Koronavirus pandemiyası səbəbindən iki aydan sonra mağazaların yenidən açılması ilə mayda Avropada avtomobil satışları bərpa edilib. Qitədə yeni avtomobil qeydiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 57 faiz azalıb. 1990-cı ildən bununla bağlı qeydiyyatın aparılmasına başlamasından bəri ən pis may ayı keçsə də, məlumatlar aprel ayındakı 78 faiz azalmanın bərpa edildiyini göstərir.
Koronavirus pandemiyasından sonra istehlakçı davranışının dəyişməsi çərçivəsində insanlar tətil üçün uzaq yerlərə təyyarə ilə getməkdənsə avtomobilə üstünlük verəcəklərinə dair gözləntilər fonunda sənayenin bu yay bərpa ediləcəyi gözlənilir.