"Twitter” Çin, Türkiyə və Rusiyada 32 min 242 hesabı bağlayıb.
Bu barədə şirkət rəsmi açıqlama yayıb.
Xəbərə görə, bağlanan hesablar manipulyasiya siyasətini dövlətlə əlaqəli şəkildə həyata keçirib. Buna görə də həmin hesablar platformadan çıxarılıb.
Açıqlamada qeyd olunub ki, platformada daha əvvəl bu tərz əməliyyat heç vaxt keçirilməyib.
Bağlanan hesabların ölkələrə görə sırlaması və səbəbi:
Çin Xalq Respublikası: 23 mindən çox insan Honkonq mövzusunda yanlış bilgi yayıb.
Türkiyə: 7 min istifadəçi Ədalət və İnkişaf Partiyası və rəhbərliyinə dair siyasi ifadələri müsbət istiqamətdə yönləndirməyə cəhd göstərib.
Rusiya: 1152 hesab rəsmi Moskvanın dəstəklədiyi "Gündəlik Siyasət” saytı ilə əlaqəli olub, mövcud şəbəkənin Vahid Rusiya Partiyasını tanıtmaq və siyasi müxaliflərə hücum etmək məqsədilə istifadə edilib.