"Amazon”polislərə "Rekognition” üz tanıma proqramından istifadəni qadağan edib.
RT-nin məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib.
"ABŞ hökumətinin üz tanıma sistemləri və texnologiyalarını tənzimləyə biləcək "daha sərt qaydalar” tətbiq etməsi vacibdir”, - deyə "Amazon”dan bildirilib.
Onlar şirkətin bununla əlaqədar hökumətə kömək etməyə hazır olduqlarını da vurğulayıblar.
Mediada yayılan məlumata görə, "Amazon” ABŞ hökumətinin üz tanıma sistemlərindən istifadə etməklə insan hüquq və azadlıqlarını pozduğuna inanır.
oxu.az