Xəzər Xəbər

Çin dünya okeanını müşahidə üçün peykini orbitə çıxardı

Texnologiya | 10:38 • 11 İyun 2020
Çin dünya okeanını müşahidə üçün peykini orbitə çıxardı

Çin dünya okeanını müşahidə etmək üçün hazırlanan "Haiyang-1” peykini uğurla orbitə çıxarıb.


Bu barədə Çinin Kosmik Elmlər və Texnika Korporasiyası məlumat yayıb.


"Çançjen-2C” raket daşıyıcısıTayyuan kosmodromundan buraxılıb.


Peyk okeanların rəngini və temperaturunu müşahidə etmək, həmçinin, təbii fəlakətlərin proqnozu və xəbərdarlığı üçün istifadə ediləcək.

Xəbər lenti