"Apple” şirkətinin İspaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransada koronavirus pandemiyası səbəbilə bağlanan mağazalarının bir neçəsi açılacaq.
Bu barədə "Apple Insider” portalı məlumat yayıb.
Portalın məlumatına əsasən, iyunun 8-də BƏƏ-də 3 mağazanın, İspaniyada 7 mağazanın, Türkiyənin İstanbul şəhərində isə 2 mağazanın açılması planlaşdırılır. Növbəti gün şirkət Fransada olan bütün 20 mağasının fəaliyyətini bərpa edəcək.
Bildirilir ki, Braziliya (2 mağaza), Meksika (2), Niderland (3), Sinqapur (2) və Böyük Britaniyadakı (38) mağazalar növbəti həftənin sonuna qədər açılmayacaq.