Xəzər Xəbər

"Google" 5 milyard dollar cərimələnə bilər

Texnologiya | 13:59 • 3 İyun 2020
"Google" 5 milyard dollar cərimələnə bilər

ABŞ-ın "Google” korporasiyası istifadəçilərinin şəxsi məlumatlarını toplaması ittihamı ilə məhkəməyə verilib.

Trend-in məlumatına görə, iddiada deyilir ki, şirkət kompüter və ya telefonla internetə daxil olan bütün istifadəçilərinin fərdi məlumatlatlarını gizli şəkildə toplayır.

Bu prosedur əsasən, "Google Analytics” və "Google Ad Manager” kimi xidmətlər vasitəsilə həyata keçirilir.

Məhkəmə iddiasını 1 milyon nəfər imzalayıb.

Qeyd olunur ki, iddia təsdiqlənəcəyi təqdirdə "Google” 5 milyard dollaradək cərimələnə bilər.

Xəbər lenti

Çox oxunanlar