Moskvada keçirilən XIV Beynəlxalq Aviasiya-Kosmik Salonunda (MAKS-2019) Çinin nümayiş etdirdiyi yeni nəsil "Wing Loong II” pilotsuz uçan aparatı (PUA) sınıb.
Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, ekspozisiyanın açıq hissəsində nümayişi zamanı PUA-nın hər üç – bir ön və iki arxa şassisi sıradan çıxıb.
Gözlənilməz hadisənin baş verməsi səbəbləri barədə bir məlumat verilməyib.
Qeyd edək ki, "Wing Loong I” və "Wing Loong II” zərbə endirə bilən PUA-lar Çinin "Chengdu” aviakosmik şirkəti tərəfindən istehsal olunub. Ekspertlərin rəyinə görə, bu aparatlar dünya bazarı çərçivəsində öz sinfinin ən populyar silahlarından sayılır.