Zərərli proqramlar vasitəsi ilə istifadəçilərin telefonlarındakı fotoşəkillərə və digər şəxsi məlumatlara asanlıqla giriş əldə etmək olar.
Bu barədə "Google"korporasiyasının "Project Zero"qrupunda çalışan təhlükəsizlik mütəxəssislərinin apardığı araşdırmada deyilir.
Araşdırmaya əsasən, "iOS10" və "iOS12" əməliyyat sistemləri ilə işləyən "iPhone" telefonlarının sahibləri həmin proqramlar vasitəsilə edilən kiberhücumlara məruz qalırlar.
Hakerlər istifadəçinin "Instagram”, "WhatsApp" və "Gmail" kimi tətbiqlərinə də giriş əldə edirlər. "Google" sözügedən təhlükəsizlik məsələsi barədə "Apple" şirkətinə fevralın 7-də məlumat verdikdən sonra "iPhone” telefonlarında əməliyyat sistemləri yenilənib.
Bildirilir ki, "iPhone" telefonlarında təhlükəsizlik sahəsi üzrə ən çox boşluq "Safari" brauzerindədir.