Xəzər Xəbər

Yaddaşı imitasiya edən qurğu hazırlandı

Texnologiya | 13:59 • 30 Avqust 2019
Yaddaşı imitasiya edən qurğu hazırlandı

Moskva Fizika-Texnika İnstitutunun alimləri məlumatların bir hissəsini yadda saxlayan və uzun müddət müraciət edilməyi halda informasiyanı "unudan" qurğu hazırlayıblar.

Trend-in məlumatına görə, sözügedən qurğu memristor (ondan keçən enerjidən asılı olaraq öz müqavimət qabiliyyətini dəyişdirə bilən element) əsasında ərsəyə gəlib. Alimlər bu cihazın köməyilə məlumatları insan kimi yadda saxlayacaq və öyrənəcək neyromorfik kompüter hazırlamaq niyyətindədirlər.

Neyromorfik kompüterlər insan beyninin iş prinsiplərini imitasiya edən qurğulardır. Onlar məlumatların ötürülməsi, saxlanılması və qəbul edilməsi üçün məsuliyyət daşıyan neyron, akson və dendritlərin fəaliyyətini modelləşdirir.

Xəbər lenti

Çox oxunanlar