Xəzər Xəbər

"Telegram" öz kriptovalyutasını dövriyyəyə buraxır

Texnologiya | 14:35 • 29 Avqust 2019
"Telegram" öz kriptovalyutasını dövriyyəyə buraxır

"Gram" dünyanın istənilən nöqtəsinə pul göndərməyə imkan verəcək

"Telegram" şirkəti özünün "Gram" adlı kriptovalyutasının birinci partiyasını yaxın iki ay ərzində dövriyyəyə buraxmağı planlaşdırır.

bu məlumatı "The New York Times" qəzetinə şirkətin planları ilə tanış olan bir sıra sərmayədarlar veriblər.

Onların sözlərinə görə "Telegram" həmçinin dünya üzrə 200-300 milyon insanın istifadə edəcəyi elektron pul kisələrini də yaratmağı planlaşdırıb.

Qəzet bildirib ki, şirkət "Gram" kriptovalyutasını yeni "online" valyutaya və dünyanın istənilən nöqtəsinə pul göndərməyə imkan verən vasitəyə çevirmək niyyətindədir.

Qeyd edək ki, "Telegram" özünün kriptovalyutasını hazırlayan yeganə şirkət deyil. Bir müddət öncə dünyanın ən nəhəng pərakəndə satış şəbəkələrindən biri olan "Walmart"ın kriptovalyuta yaratmaq planlarından xəbər verilib. Bundan başqa, "Facebook" şirkəti də "Libra" adlı yeni kriptovalyutanın üzərində işləyir.

Xəbər lenti

Çox oxunanlar