İsveçin məşhur avtomobil istehsalçısı "Volvo” Çin bazarında satdığı 6223 avtomobili təhlükəsizlik məsələləri ilə əlaqədar geri çağırır.
AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2016-cı illərdə istehsal olunmuş "XC90” modeli nəqliyyat vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edir ki, soyutma sistemindəki nasazlıq mühərrikin alışıb yanmasına səbəb ola bilər.
İyunda başlayacaq prosesdə "Volvo” qüsurlu hissələri öz hesabına dəyişəcək.