Xəzər Xəbər

Apple "ağıllı" saat satışına görə lider olub

Texnologiya | 09:53 • 7 May 2019
Apple "ağıllı" saat satışına görə lider olub

Cari ilin birinci rübündə "ağıllı" saat bazarında tədarük həcmi əvvəlki analoji dövrlə müqayisədə 48% yüksəlib. "Apple Watch" sözügedən bazarın lideri olub.


Məlumata görə, "ağıllı" saat tədarükünün ümumi həcminin 35,8%-i "Apple Watch"ın payına düşür. Eyni tendensiya ötən ilin birinci rübündə də müşahidə olunmuşdu.

"Samsung" şirkəti "ağıllı" saatın tədarük həcminə (11,1%) görə ikinci yerdə qərarlaşıb. "Imoo" brendi üçüncü yeri tutub. (ICTnews)

Xəbər lenti

Çox oxunanlar