"Facebook" sosial şəbəkəsinin saytının və tətbiqetmələrinin dizaynı dəyişdiriləcək.
XəzərXəbər xarici mətbuata istinadən xəbər verir ki, ötən gün "F8 Developer Konfransı”nda bu sosial medianın tamamilə dəyişmiş yeni interfeysi təqdim edib.
"F8" şirkətinin yeni texnologiyalara həsr olunmuş illik konfransı zamanı sosial şəbəkənin başçısı Mark Zukurberq bildirib ki, hazırda istifadə olunan göy rəng aradan qaldırılacaq və onun əvəzinə daha açıq rəngdən istifadə olunacaq.
M.Zukerberqin sözlərinə görə, fokus əsasən "qruplar" və "stori"lərə ediləcək.
Yenilik tətbiq olunandan sonra bu bölmələr daha nəzərə çarpan olacaq.
BAKU.WS