"Honor 20” modelinin prototipinin itməsindən sonra şirkət cihazın tapılması üçün pul mükafatı vəd edib.
XəzərXəbər xarici KİV-lərə istinadən xəbər verir ki, telefonu tapan şəxsə 5000 min avro (təqribən 10 min manat) mükafat veriləcək. Məlumata görə, telefonun prototipi şirkətin işçisinin çantasında olub. O, cihazı Almaniya səfəri zamanı itirib.
Lakin bəzi şəxslər bu məsələnin telefon satışa çıxarılmazdan əvvəl reklam məqsədiylə ortaya atıldığını iddia edir.
Qeyd edək ki, adətən telefon şirkətləri cihazın prototipini hazırlayaraq, onu sınaq mərhələsindən keçirir.
Redaktor.az