Xəzər Xəbər

“Hayabuşa-2” kosmik zondu yenidən Ryuqu asteroidinə yaxınlaşıb

Texnologiya | 12:55 • 25 Aprel 2019
“Hayabuşa-2” kosmik zondu yenidən Ryuqu asteroidinə yaxınlaşıb

Yaponiyanın "Hayabuşa-2” kosmik zondu endirilmiş atəş nəticəsində yaranan kraterin fotolarını çəkmək üçün aprelin 25-də yenidən Ryuqu asteroidinə yaxınlaşıb.


AZƏRTAC xəbər verir ki, tarixdə ilk dəfə həyata keçirilən bu təcrübə aprelin 5-də baş tutub. Həmin vaxt asteroidin səthinə metal mərmi ilə atəş açılıb.


Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) asteroidin səthinin necə dəyişdiyini öyrənməyi planlaşdırır.


Atəş endirilən zaman əmələ gələn qəlpələrdən yayınmaq üçün "Hayabuşa-2” zondu marşrutu dəyişərək asteroidin səthindən 20 min metr yüksəkliyə qalxıb.


Aprelin 24-də isə zond yenidən asteroidə yaxınlaşaraq, sınaqdan sonra ilk çəkilişlərə başlayıb.

Xəbər lenti