Xəzər Xəbər

Fırlanan kameraya malik smartfon təqdim edildi

Texnologiya | 09:02 • 12 Aprel 2019
Fırlanan kameraya malik smartfon təqdim edildi

"Samsung Electronics” şirkəti irəli çəkilən və fırlanan kameraya malik "Galaxy A80” smartfonunu təqdim edib.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, 48 meqapiksellik əsas kamera həm gündüz, həm də gecələr parlaq fotoşəkillər çəkir. Həmçinin cihaza 123 dərəcəlik baxış bucağına malik 8 meqapiksellik ultrageniş modul quraşdırılıb.


"Galaxy A80” aparatı "Full HD+” (1080x2400 piksel) təsvir ölçülü 6,7 düymlük "Super AMOLED” displeylə təchiz edilib, barmaq izi skaneri birbaşa ekrana inteqrasiya edilib. 3700 milliamper/saat tutumunda akkumulyator 25 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malikdir. Bundan başqa, smartfon "Snapdragon 675” prosessoru, 8 QB əməli yaddaş və 128 QB daxili fləş yaddaşla təchiz edilib. Yaddaşın kart vasitəsilə artırılması imkanı nəzərdə tutulmayıb.


Smartfon "Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. "Samsung Pay” (NFC+MST) mobil ödəniş sistemi dəstəklənir.

Xəbər lenti