Xəzər Xəbər

Kompüter bazarında lider dəyişilib

Texnologiya | 16:01 • 11 Aprel 2019
Kompüter bazarında lider dəyişilib

"Gartner” şirkətinin məlumatına görə, fərdi kompüter bazarında lider dəyişilib. "HP Inc.” şirkətini geridə qoymuş "Lenovo” birinci pillənin sahibi olub.

Analitik şirkətin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə "Lenovo” şirkəti 13,2 milyon masaüstü fərdi kompüter və noutbuk tədarük edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% daha çoxdur. Çin şirkətinin bazar payı 22,5% təşkil edib. "HP Inc.” şirkətində bu göstərici 21.9% təşkil edir.

"HP Inc.” şirkəti masaüstü kompüter satışının artması nəticəsində kompüter tədarükünü 0.8% artırıb.

Dünyanın ən böyük fərdi kompüter istehsalçıları siyahısında üçüncü yerdə qərarlaşmış "Dell” şirkəti 5 rüb ardıcıl olaraq bu qurğuların satış həcmini artırır. 2019-cu ilin yanvar-martında artım 1,5% təşkil edib.(İctnews)

Xəbər lenti