Yəqin ki, hər birimizin İnstaqram hesabımız var. Burada isə hər zaman bəyəndiyimiz insanları izləyirik. Bəs görəsən, xoşumuza gələn birinin diqqətini necə çəkə bilərik?
XəzərXəbər xarici KİV-ə istinadən İnstaqramda bəyəndiyiniz kişilərin diqqətini çəkməyin yollarından bəhs edəcək:
1.Sakitliyinizi qoruyun
Xoşunuza gələn insan şəkil qoyar-qoymaz ilk bəyənən olmayın. Hər şəkli bəyənib, rəy yazmaq olmaz. Onun gözləmədiyi saatlarda bəyənin. Məsələn, şəkli qoyduqdan iki gün sonra. Bu onun diqqətini daha çox cəlb edəcək.
2.Sadəcə, "smaylik" istifadə edərək rəy yazmayın
Etiraf etməliyik ki, "smaylik"lərdən hədsiz istifadə edirik. Düşünülmüş, məntiqli rəylər yazmağa çalışın. Onun gözləmədiyi və zarafatyana yazılmış şərhlər daha çox diqqət cəlb edəcəkdir. Yaradıcı olun.
3.Statuslar əvəzinə, hekayələrə cavab yazın
Statuslarda hamıya açıq olan rəylər əvəzinə hekayələrə cavab yazmaq münasibətinizi bir addım daha irəliyə götürə bilər.
4.Sual verin
Bəyəndiyiniz kişi, hər hansı kino haqda və ya hansısa sərgidən şəkil paylaşıbsa, ele bu mövzu haqqında müzakirəyə başlayın. Məsələn, hər hansı bir yemək haqqında "nuş olsun" əvəzinə, "uzun müddətdir dadına baxmaq istəyirdim, sən bəyəndinmi" deyə, sual verin. Ya da sizin sevdiyiniz bir restorandan şəkil paylaşıbsa, "filan şirniyyatı yedinmi?" demək, həmin yerin sənin ən sevdiyin məkan olduğu təəssüratını yaradacaq./Teleqraf.com