Xəzər Xəbər

“Facebook” Afrikada sualtı kabel çəkəcək

Texnologiya | 15:35 • 9 Aprel 2019
“Facebook” Afrikada sualtı kabel çəkəcək

"Facebook” şirkəti genişzolaqlı internetə çıxış qiymətinin azaldılması və Afrika qitəsində yaşayan sakinlərin sosial şəbəkədə daha asan qeydiyyatdan keçməsi üçün qitənin ətrafında sualtı kabel çəkməyi planlaşdırır. Bu haqda "Wall Street Journal” nəşri məlumat verib.

Üç mərhələli "Simba" layihəsi qitənin şərq, qərb və Aralıq dənizi sahillərində yerləşən bir neçə ölkənin ərazisindən keçəcək, hərçənd dəqiq marşrut hələ ki məlum deyil.

"Facebook”un nümayəndəsi bu informasiyanı şərh etməkdən imtina edib, ancaq bildirib ki, şirkət "sualtı kabellərdən söhbət getdikdə bütün dünyanı nəzərdə tutur"./teleqraf

Xəbər lenti

Çox oxunanlar