Aprelin 5-də Cənubi Koreya hökuməti ilk olaraq 5G mobil kommersiya şəbəkəsini istismara vermək niyyətindədir.
"Report” "Reuters”ə istinadən xəbər verir ki, bu şəbəkənin istifadəsi "Samsung Electronics” şirkəti tərəfindən 5G standartında işləyə bilən yeni smartfonun satışa çıxarılması ilə mümkün olub. Belə ki, yeni cihazın sınaq zərurətinə görə, Elm və İKT Nazirliyi şəbəkənin istifadəyə verilməsini təxirə salmalı olub.
Eyni zamanda "The Korea Herald” ölkənin bütün mobil operatorlarının 5G kommersiya şəbəkəsinin tətbiqinə hazırlıqlarını başa çatdırdığını bildirib. Qeyd edək ki, bundan əvvəl böyük mobil rabitə operatoru olan "SK Telecom”un yeni şəbəkəyə servis haqqı barədə hökumətlə razılığa gələ bilməməsi də şəbəkənin istifadəyə verilməsini ləngidib.
Qeyd edək ki, hələ 2018-ci ilin fevral ayında keçirilən "Pxençan-2018” Qış Olimpiya Oyunları zamanı hökumət tərəfindən kütləvi şəkildə sınaqdan keçirilən 5G texnolgiyası özəl şirkətlər üçün bu il açıq olacaq. Məlumat ötürülməsində 25 gb/s kimi yüksək sürət təmin edən 5G mobil rabitəsi vasitəsilə 8K (ultra HD) təsvirli video görüntülərini online rejimində yayımlamaq mümkün olur.