Xəzər Xəbər

“Samsung”un ilk 5G smartfonunun qiyməti məlum olub

Texnologiya | 14:59 • 29 Mart 2019
“Samsung”un ilk 5G smartfonunun qiyməti məlum olub

Cənubi Koreyanın iri texnologiya şirkəti "Samsung Electronics”in ilk 5-ci nəsil mobil şəbəkə (5G) smartfonunun qiyməti açıqlanıb.


Xezerxeber.az xəbər verir ki, gələn həftə Cənubi Koreyada satışa çıxarılacaq 512 GB yaddaşa malik "Galaxy S10” smartfonu müştərilərə 1,55 milyon Koreya vonuna (1320 ABŞ dolları) təklif olunacaq. Daha aşağı yaddaşlı (256 GB) model isə 1,39 milyon vona satılacaq. "Samsung Electronics” və ölkənin 3 mobil rabitə operatoru qiymətlər barədə razılığa gəliblər.


Qeyd edək ki, bir müddət əvvəl "Samsung Electronics” dünyanın ilk 5G smartfonunun aprelin 5-də təqdim olunacağını açıqlamışdı.

Xəbər lenti

Çox oxunanlar