Rumıniyalı mütəxəssislər idarə olunan yüksək sürətlə vertikal uça və yerə enə bilən "uçan obyekt” üzərində işə başlayıblar. Yeni layihənin rəhbərləri Rumıniya Aerokosmik Araşdırmaları İnstitutunun elmi işçiləri İosif Taposu və Rızvan Sabidir. Obyektə "ADİFO” (All Directions Flying Object-Hər tərəfə uçan obyekt) adı verilib. Artıq "uçan obyekt”in ilk prototipi hazırdır. Hər tərəfdən ventilyatorlarla təchiz edilmiş qurğu vertikal və horizontal uçmağa qadirdir.
Qeyd edək ki, diskvari uçan obyektlərin hazırlanması və inkişafı o qədər də geniş yayılmayıb. Əsas səbəb isə bunların idarə olunması ilə bağlı çətinliklərdir. (AZƏRTAC)