Xəzər Xəbər

Alimlər səsi tamamilə boğan material əldə etdi

Texnologiya | 15:07 • 19 Mart 2019
Alimlər səsi tamamilə boğan material əldə etdi

Boston Universitetinin alimləri bütün səsləri blok edən bir material istehsal etdi.

Səs-küy bir çox insanı narahat edir. Günümüzdə səs izolyasiyası iş şəraitində xüsusilə sıx ofislər üçün böyük problem ola bilir.

Boston Universitetinin alimləri bir boru kəmərinin ucuna böyük bir hoparlör taxıb, sonuna qədər açdılar. Bəs nə eşitdilər? Heç bir şey. Məqsəd də elə bu idi.

XəzərXəbər chip.az-a istinadən bildirir ki, PVC boruya yerləşdirilən 3 ölçülü printer ilə hazırlanan bir halqa borunun içərisindəki səsin 94% -ni basdıra bildi. Belə olduqda səs insan qulaqlarının eşidə bilməyəcəyi qədər zəiflədi.

Akustik metamaterial adlanan bu halqa riyazi olaraq özəl dizayn edilib. Bu material səslərin müəyyən tezliklərdə gəldiyi yerə əks etdirəcək formada hazırlanıb. Ümumi akustik panellər fərqli bir iş prinsipinə malikdir və onlar səsi udaraq işləyirlər. Bu sistemdə hava və işıq asanlıqla keçə bildiyi halda səs dalğaları keçə bilmir.

Bu disklərdən istifadə edərək şəffaf, lakin səs keçirməyən divarlar hazırlamağı mümkün edir. İstər stadion, istər daha səs-küylü bölgələrdə bu borulardan istifadə edərək səsi azaltmaq mümkündür. Həmçinin gələcəkdə bu materialdan istifadə edərək drone-lərin səssiz işləməsinə nail ola biləcəklərini deyən alimlər hətta

MRI cihazlarının belə xəstə üçün səssiz şəkilə gətirə biləcəklərini deyiblər. Xin Zhang "Artıq bu metamaterial ilə bütün səsləri batıra biləcəyik"-deyə bildirib.


Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024