Xəzər Xəbər

Növbəti nəsil “iPhone” smartfonunun yeni funksiyaları məlum olub

Texnologiya | 17:34 • 12 Mart 2019
Növbəti nəsil “iPhone” smartfonunun yeni funksiyaları məlum olub

Cari ilin payızında təqdim ediləcək yeni nəsil "iPhone” smartfonunda 3D şəkil çəkmə funksiyası reallaşdırılacaq.


Xezerxeber.az xəbər verir ki, proqnozlaşdırılan dəyişikliklərdən biri 3 linzalı kamera olacaq. Beləliklə, "Apple” daha əvvəl öz qabaqcıl qurğularını üç linzalı kamera ilə təchiz etmiş "Samsung” və "Huawei” şirkətləri ilə rəqabətdə uduzmaq istəmir. Gözləntilərə görə, ABŞ istehsalçısı 2020-ci ildə "iPhone” smartfonuna mürəkkəb 3D kamera quraşdıracaq, ancaq bu texnologiyanın əvvəlcə "iPad” planşetində sınaqdan keçiriləcəyi istisna edilmir. Bundan başqa, kamera və qurğu sahibinin tanınması proqramı ("Face ID”) təkmilləşdiriləcək.


Həmçinin "Samsung Galaxy S10” qurğusunda olduğu kimi, başqa qurğuların enerji ilə doldurulması funksiyası gözlənilir.

Xəbər lenti

Çox oxunanlar