Ağdərili qadın “Miss Universe Zimbabve” gözəllik müsabiqəsinin qalibi olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə “The Herald” nəşri məlumat yayıb.
Yarış Zimbabvedə 22 ildən sonra ilk dəfə keçirilib. Bu ada 21 yaşlı model Bruk Bruk Cekson layiq görülüb. O, Zimbabveni noyabr ayında El Salvadorda dünyanın ən böyük gözəllik müsabiqələrindən biri olan “Miss Universe”də təmsil edəcək.
Cekson qalib kimi 10 min dollar pul mükafatı alıb.
Kosmetoloq işləyən Cekson əvvəllər heç vaxt gözəllik müsabiqələrində iştirak etməyib.