Məşhur müğənni Özcan Deniz Bakıya gəlib.
XəzərXəbər xəbər verir ki, paytaxta təşrif buyuran sənətçi sosial şəbəkədə yeni paylaşım edib. O, 2.7 milyon instaqram hesabında Azərbaycanla bağlı paylaşım edib.
Sənətçi "İkinci evimizə qədəm qoyduq. Hər gələndə Azərbaycanın daha da böyüdüyünü və gücləndiyini görmək möhtəşəmdir. Sevirik", - sözlərini yazan ifaçı ölkəmizə olan məhəbbətini bir daha vurğulayıb.
Qeyd edək ki, ifaçı bu axşam Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq. Onun konsert biletləri 40-450 AZN aralığındadır.