Türkiyənin məşhur müğənnisi Hadisə ən təbii halını izləyiciləri ilə bölüşüb.
İfaçı makyajsız halını instaqramda paylaşıb.
Ötən sentyabrda Mehmet Dinçerlərlə 5 aylıq nikahını bitirən Hadisə özünü işinə həsr edib. Londona yollanan məşhur müğənni çəkdirdiyi fotoları sosial media hesabında 'Hadise in London' notu ilə paylaşıb. Onun "sıfır makiyajlı" fotosu izləyiciləri tərəfindən bəyənilib./sfera.az