Xalq artisti Aygün Kazımova solo konsertə hazırlaşır.
XəzərXəbər xəbər verir ki, Diva yenidən “Crystal hall” səhnəsində çıxış edəcək.
Kazımovanın konserti üzərində həm yerli, həm də əcnəbi peşəkarların yer aldığı böyük komanda çalışır.
Hazırda tədbirin afişası şəhərin müxtəlif yerlərində nümayiş olunur. Konsertin vaxtı isə yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Aygün Kazımova 2017-ci ildə də “Crystal hall”da solo konsert verib. “Aygün Kazımova - 30 il” adlanan gecə müğənninin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuşdu.