Xəzər Xəbər

Planetin 10 ən gözəl qadınını ...kompüter müəyyənləşdirdi FOTO

Şou Biznes | 15:02 • 13 Oktyabr 2022
Planetin 10 ən gözəl qadınını ...kompüter müəyyənləşdirdi

Estetik həkimlər riyazi düsturun köməyi ilə məşhurlar arasından planetin ən mükəmməl qadınlarını hesablayıblar.

“Könül sevən göyçək olar” deyirlər. Bəs gözəllərə Hollivudun ən nüfuzlu plastik cərrahlarından birinin gözündən baxsaq, nəcə? Plastik cərrah Julian De Silva ən son kompüterləşdirilmiş analitika sistemi ilə gözəlliyin qızıl nisbətini ölçüb. Bunun üçün o, qədim yunan düsturundan istifadə edərək məşhur qadınların yüzlərlə fotosunu skan edib.

Nəticədə cərrah kompüterin köməyilə ən gözəl 10 qadını müəyyənləşdiib.

Parametrləri Phi nömrəsinə ən yaxın olanlar qalib gəlib. Qədim yunanlara görə, gözəllik üz və bədənin müəyyən nisbətləri ilə ölçülə bilər. Nisbət 1.618-ə nə qədər yaxın olarsa, insan bir o qədər arzuolunan və mükəmməl sayılır.

Başqa sözlə: siyahı qərəzsizdir, riyazi düsturlara və nisbətlərə əsaslanır. Görəsən, dünya ulduzlarından hansı 100 faiz gözəllik idealına daha yaxındır?

 

Codi Komer — 94,52%

Zendaya — 94,35%

 

Bella Hadid — 94,35%

Beyons — 92,44%

Ariana Qrand — 91,81%

Teylor Svift — 91,64%

Cordan Dann — 91,39%

Dipika Padukone — 91,22%

Xo Yen Çon — 89,63%

publika.az

Xəbər lenti