Dünyaca məşhur aktrisa Ancelina Coli keçmiş əri Bred Pitti məişət zorakılığında ittiham edib.
XəzərXəbər unikal-a istinadən xəbər verir ki, "Variety" jurnalının məlumatına görə, Coli 2016-cı ildə təyyarənin göyərtəsində aktyorlarla uşaqları arasında baş verdiyi iddia edilən mübahisənin yeni təfərrüatlarını açıqlayan Pittə qarşı yeni iddia qaldırıb.
İddia sənədində deyilir ki, 2016-cı ildə mübahisə zamanı Pitt uşaqlardan birini boğub, digərinin üzünə yumruq vurub və Colinin başından tutub silkələyib.
Colinin nümayəndələri aktrisanın Fransanın Şato Miraval mülkündəki payının aktyorun razılığını almadan satılması məsələsi ilə bağlı məhkəmə prosesində Pittə qarşı iddia qaldırıblar.