Xəzər Xəbər

1.8 milyon dollarlıq üzüyə “Hə” dedi - Ebru Gündeş ƏRƏ GEDİR

Şou Biznes | 14:59 • 26 Sentyabr 2022
1.8 milyon dollarlıq üzüyə “Hə” dedi - Ebru Gündeş ƏRƏ GEDİR

Məşhur müğənni Ebru Gündeş ailə həyatı quracaq. 

XəzərXəbər xəbər verir ki, sənətçi bir müddətdir eşq yaşadığı iraqlı iş adamı Rassan Xoşnavla evlənir. 

Müğənninin 28 yaşlı sevgilisi ona Dubaydakı bahalı otellərdən birində 2 milyon dollarlıq (təxminən 3 milyon 400 min AZN) evlilik təklifi edib. 

Belə ki, Rassanın Ebru üçün aldığı brilyant üzük 1 milyon 800 min dollar dəyərində olub. 

Əlavə xərclərə isə 200 min dollar pul sərf edilib. Ebru Gündeş üçün italiyalı pianoçu şəxsi təyyarə ilə həmin otelə gətirilib.

47 yaşlı Gündeş musiqinin sədaları altında 28 yaşlı sevgilisinə "Hə" deyərək onun təklifini qəbul edib.

Xatırladaq ki, Ebru Gündeşin iranlı iş adamı Rza Zərrabla evliliyindən Alara adlı bir qızı var.

Xəbər lenti

Çox oxunanlar