Bu yaxınlarda boşanmağa qərar verən Hadisənin konsert zamanı səhnəyə atdığı üzük gündəmə damğasını vurub.
Günlərdir sosial media və şou-biznes aləmində müzakirələrə səbəb olan mövzu ətrafında söz-söhbət səngimək bilmir. 3 milyon lirə dəyəri olduğu deyilən üzüyün aqibəti hər kəsi maraqlandırır.
Bəs, doğrudanmı Hadisə Mehmet Dinçərlərin hədiyyəsi olan 3 milyon lirəlik üzüyü atıb? Bahalı üzük haradadır?
Hadisənin barmağından çıxarıb atdığı üzüyün feyk olduğu üzə çıxıb. Müğənninin stilisti həmin üzüyü sadəcə sənətçinin geyiminə uyğunlaşdırıb. Üzüyün heç bir maddi dəyəri yoxdur.
Sənətçinin boşanma ərizəsi mövzusuna belə daxil olan sözügedən üzüyü evindəki seyfdə saxladığı öyrənilib.
Xatırladaq ki, Mehmet Dinçərlər ilə 4 aylıq evliliyini sonlandırmağa qərar verən Hadisə hər kəsi təəccübləndirmişdi. Öz növbəsində Hadisədən toya aldığı zinət əşyalarını geri istəyən Mehmet Dinçərlər sosial media istifadəçilərinin qınağına tuş gəlib. Dinçərlər hətta şərhlərin nəticəsində hesabını bağlamaq məcburiyyətində qalmışdı.
Qeyd edək ki, cütlüyün boşanma xəbərlərinin ardından söz-söhbət səngimək bilmir. Hadisənin psixoloji şiddət və sənət həyatına maneə törətdiyinə görə dözə bilməyib Dinçərlərdən boşanma qərarına gəldiyi deyilir. Dərhal ardından Mehmet Dinçərlərin sosial media fenomeni Kerimcanla münasibəti haqqında xəbərlər mediaya yayıb. İkilinin bir-birini öpən yerdə poz verib çəkdirdikləri şəkil gündəm olub./Sfera.az