Xəbər verdiyimiz kimi, dünən Türkiyənin İzmir şəhərinin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü münasibəti ilə on minlərlə vətəndaş "Gündoğdu" meydanına meqastar Tarkanı dinləməyə toplanıb.
XəzərXəbər xarici KİV-ə istinadən xəbər verir ki, açıq havada baş tutan konsert izləyici sayı ilə dünya sıralamasında ilk beşliyə daxil olub.
Belə ki, konserti 2 milyon nəfər canlı olaraq "Gündoğdu" meydanında izləyib.
Qeyd edək ki, anşlaqla keçən sonuncu belə tədbir 1990-cı ildə Parisdə baş tutub.