Müğənni Hadisənin boşanma prosesi ilə bağlı yeni təfərrüatları məlum olub.
Boşanma ərizəsində Hadisə ərinin ona sənəti ilə bağlı müəyyən məhdudiyyətlər qoyduğunu və bunun psixoloji təzyiq həddinə çatdığını qeyd edib. Ən diqqət çəkən detal isə Mehmet Dinçerlerin Hadisəyə hədiyyə etdiyi 3 milyonluq üzüyü və toyda taxdığı bütün zinət əşyalarını geri istəməsi olub.
Məlumat üçün bildirək ki, sənətçi bu gün instaqramda paylaşdığı açıqlamada həyat yoldaşı ilə qarşılıqlı razılıq əsasında ayrıla bilmədiyi üçün məhkəməyə müraciət etdiyini etiraf edib./publika.az