Hadisə Mehmet Dinçerlərdən boşanmağa qərar verdiyini açıqlayıb.
Boşanma xəbəri ilə gündəmdən düşməyən məşhur müğənni Hadisə sosial media hesabından Mehmet Dinçerlərdən boşanacaqlarını açıqlayıb.
Paylaşdığı paylaşımda Dinçerlərə həyatında xoşbəxtlik arzulayan Hadisə "Razılaşma ilə bitirə bilmədiyimiz üçün boşanma davası açdım", - deyə bildirib.
Məlumata görə, Dinçerlərin ailəsi Hadisənin daha az konsert verməsini və qapalı geyinməsini istəyib. Bu, Hadisənin ayrılma qərarı almasına səbəb olub.
Mövzu ilə bağlı açıqlama verməyən Dinçerler Hadisə ilə fotolarını "İnstagram” hesabından silib./azxəbər