Xəzər Xəbər

Kinoulduz plastik əməliyyatlara nə qədər pul xərcləyib?

Şou Biznes | 15:15 • 10 Sentyabr 2022
Kinoulduz plastik əməliyyatlara nə qədər pul xərcləyib?

Hazırda 77-ci payızını yaşayan ünlü sənətçi Türkan Şoray 25-40 yaşlarında dəfələrlə estetik əməliyyat etdirib. Məşhur aktrisanın üzündə baş vermiş dəyişikliklərə diqqət yetirsək, sifətinin bütün nahiyələrində plastik cərrahi müdaxilənin izlərini görə bilərik.

Türkiyə kinosunun parlaq ulduzu Türkan Şoray vaxtilə üzünə edilən plastik dəyişikliklərlə bağlı yenidən müzakirə mözzusuna çevrilib. Oxucularımızı məşhur aktrisanın bu günə qədər etdirdiyi estetik əməliyyatlar və onların qiymətləri ilə tanış edirik.

Kinoulduzun bütün plastik əməliyyatlarının yerli yerində edilməsində onun peşəkar cərrahlara müraciət etməsinin xüsusi rolu var. Sənətçi iki dəfə burun əməliyyatı (rinoplastika) etdirib. Amma ilk əməliyyat uğursuz keçib, ikinci əməliyyatda qüsur aradan qaldırılıb. Bu səbəbdən burnu təbii görünür. Aktrisa bu əməliyyatlara ümumilikdə 100 min lirə xərcləyib.

Çənə implantından sonra onun çənəsi daha iti formaya düşüb. Bunun üçün Türkan xanım 30 min lirəsindən keçib. Sənətçi göz qapaqlarını da əməliyyat edilib, göz torbalarını aldırıb. Göz ətrafında edilən bu iki əməliyyat ona 26 min lirəyə başa gəlib.

O zaman maye dolğular olmadığından aktrisanın dodaqlarına və yanaqlarına süni gel vurulub. Aktrisa dodaq və yanaq gelləri üçün ümumilikdə 20 min lirə ödəyib.

Aktrisa üz nahiyəsindəki bütün botokslara 4 min lirə xərcləyib. Türkan Şorayın üzündəki bütün estetik prosedurlar 25 yaşından 40 yaşa qədərki dövrdə, yəni 15 il ərzində həyata keçirilib./publika.az 

 

Xəbər lenti

Çox oxunanlar