Hadisə ilə Mehmet Dinçerler arasındakı sıxıntıların səbəbi bəlli olub.
May ayında ailə quran müğənni Hadisə ilə iş adamı Mehmet Dinçerlərin evliliklərində sıxıntılar yaşadığı iddia edilib. Son zamanlar birlikdə görünməyən Hadisə və Mehmet Dinçerlərin ayrılmaq qərarına gəldiyi də iddia edilib.
Söz-söhbətlərdən sonra Hadisəyə yaxın mənbə "Hər şey yaxşıdır” deyərək, sözügedən iddiaların "həqiqətə uyğun olmadığını” bildirib.
İddialara görə, evlilik sıxıntılarının səbəbi Dinçerlərin uşaq istəsə də, Hadisənin sıx iş qrafiki səbəbindən hələ də ana olmaq istəməməsidir. Cütlüyün barışması üçün analarının böyük səy göstərdiyi də bildirilib./azxəbər