Xəzər Xəbər

Hadise və Mehmet boşanır? - Ayrılığın səbəbi bilindi

Şou Biznes | 16:53 • 8 Sentyabr 2022
Hadise və Mehmet boşanır? - Ayrılığın səbəbi bilindi

Son günlər Türkiyənin pop ulduzu Hadise Açıkgöz şəxsi həyatı ilə gündəmdən düşmür.

Türkiyə mətbuatında sənətçinin iş adamı Mehmet Dinçerlerlə evliliyində problemlər olduğu və ayrıldığı xəbərləri yayılıb.

İddiaya görə, cütlük arasında krizə səbəb Dinçerlerin may ayında nikah bağladıqdan sonra övlad sahibi olmaq istəməsi olub. Lakin Hadise iş qrafikinin sıxlığı səbəbindən ana olmağı təxirə salmaq istədiyini bildirib.

Aralarında yaranmış söz-söhbətlər gərginliyin yaranması ilə nəticələnib.

Küsülü olan cütlüyü barışdırmaq üçün ailələr işə qarışıb, danışıqlar aparılır.

Mediada yer alan daha bir xəbərə görə, Hadise və Mehmetin ətrafından yaxın şəxs xəbərlərin əsassız olduğunu və problem olmadığını açıqlayıb. 

Lakin müğənninin konsert zamanı səhnədə "Küçük Bir Yol" mahnısını ifa edən zaman ağlaması və auditoriaya "Siz heç yanılmısınızmı?" sualını ünvanlaması evliliyində problemlər olduğu ilə bağlı müzakirələrə səbəb olmuşdu. 

Hadisənin həyat yoldaşının ad günündə də heç bir paylaşım etməməsi, son konsertində səhnəyə barmağında üzük olmadan çıxması bu iddiaları daha da gücləndirmişdi. Həmçinin uzun müddətdir həyat yoldaşı Mehmet Dinçerlerlə birlikdə görünməyən sənətçi həyat yoldaşının yeni məkanının açılışında da iştirak etməyib. Mehmetin də evləndikdən sonra ilk dəfə nişan üzüyünü taxmaması diqqətlərdən qaçmayıb.

Qeyd edək ki, Hadisenin Kaan Yıldırımla sevgili olduğu ərəfələrdə çıxartdığı mahnını oxuyarkən ağlaması gündəmə gəldikdən bir neçə gün sonra, Yıldırım ilk dəfə yeni həmkar sevgilisi Pınar Denizlə əl-ələ görüntülənib. 

Xatırladaq ki, Hadise nişanlısı, iş adamı Mehmet Dinçerler ilə aprel ayında evlənib./baku.ws

Xəbər lenti

Çox oxunanlar