"Arka Sokaklar”ın Hüsnü komissarı Özgür Ozanın həyat yoldaşını görənlər şoka düşüb.
Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Arka Sokaklar” serialında Hüsnü obrazını canlandıran Özgür Ozan həyat yoldaşı Neslihan Uğurla "Çocuklar Duymasın” serialının çəkiliş meydançasında tanış olub. Məşhur aktyorun həyat yoldaşını görənlər məəttəl qalıb.
Özgür Ozan müsahibəsində həyat yoldaşı Neslihan Uğurla bağlı bunları deyib:
"Peşə olaraq bir-birimizə yaxınıq. Açığı, həyat yoldaşımın aktrisa olmasını istəməzdim. "Çocuklar Duymasın” serialında tanış olduq. 40 yaşında evləndim. Evlənəndən bir il sonra uşağımız dünyaya gəldi”.
Özgür Ozanın Derin Dəniz və Ali Demir adlı iki oğlu var.