Xəzər Xəbər

Tarkanı eyvandan izləmək üçün 500 dollar...

Şou Biznes | 11:58 • 6 Sentyabr 2022
Tarkanı eyvandan izləmək üçün 500 dollar...

Türkiyəli meqastar Tarkan sentyabrın 9-da İzmir Gündoğdu Meydanında konsert proqramı ilə çıxış edəcək.

Bu səbəbdən Kordondakı eyvanlı evlərin bir gecəlik kirayə qiyməti bahalaşıb, hazırda 100 dollardan 500 dollaradək (170-850 AZN) dəyişir.

Bölgədəki əmlakçılar sözügedən evlərə böyük tələbatın olduğunu bildirir, telefonlarının susmadığını deyir.

Balıqçı qayıqlarının da kirayə götürüləcəyi gözlənilir. Axşam saat 7-dən gecə 12-dək kirayələnə bilən qayıqlar üçün təklif olunan qiymət isə 8 min lirədir (746 AZN).

Qeyd edək ki, Tarkanın meydandakı konserti İzmirin düşmən işğalıdan azad olunmasının 100 illiyi münasibətilə keçiriləcək. Konsertə giriş ödənişsizdir. Tədbirdə izmirlilərlə yanaşı İstanbuldan da qonaqların iştirak edəcəyi gözlənilir.

 

 
 
 

Xəbər lenti

Çox oxunanlar