Məşhur türk müğənni Gülşen haqqında aparılan istintaq başa çatıb.
Xezerxeber.az xəbər verir ki, hazırda ev dustaqlığına buraxılan sənətçi ilə bağlı qərar verilib.
İfaçının 1 ildən 3 ilə qədər həbsi tələb olunur.
Xatırladaq ki, Gülşən İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılmışdı. Prokurorluğa verdiyi ifadədən sonra İstanbul Sülh Cəza Hakimliyinə köçürülən Gülşən Çolakoğlu orada sorğu-sual edildikdən sonra həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilmişdi.