Xəzər Xəbər

Türkan Şorayı dəyişdirən PLASTİK ƏMƏLİYYATLAR və QİYMƏTLƏRİ FOTO

Şou Biznes | 09:57 • 3 Avqust 2022
Türkan Şorayı dəyişdirən PLASTİK ƏMƏLİYYATLAR və QİYMƏTLƏRİ

Türk kino sənətinin ulduzu Türkan Şoray üzünə edilən dəyişikliklərlə gündəmə gəlib.

Sənətçi 25-40 yaş arasında kifayət qədər estetik əməliyyatlar etdirib. Aktrisanın üzündəki dəyişikliklərinə nəzər salsaq, onun sifətinin bütün nahiyələrində plastik cərrahi müdaxilələrin edildiyini görmüş olarıq. 

Türkan Şorayın bu günə qədər etdirdiyi estetik əməliyyatları və onların qiymətlərini siz oxuculara təqdim edir:

Plastik əməliyyatlardan sonra aktrisada Hollivud siması yaranıb. Türkanın bütün plastik əməliyyatlarının yerli yerində edilməsində onun doğru və peşəkar cərrahlara müraciət etməsinin də payı var. 

Sənətçi iki dəfə burun əməliyyatı (rinoplastika) etdirib. İlk əməliyyatdakı uğursuzluq ikinci əməliyyatla aradan qaldırılıb. Bu səbəblə də onun burnu təbii görünür. O, hər iki əməliyyatına ümumilikdə 100 000 lirə (təxminən 9 500 AZN) xərcləyib. 

 

Aktrisa çənə implantı da etdirib. Nəticədə onun çənəsi daha iti formaya düşüb. Bunun üçün Türkan 30 000 lirədən (təxminən 2 850 AZN) keçməli olub. Sənətçi göz qapaqlarını (blefaroplastika) da əməliyyat edilib. O, göz torbalarını da aldırıb. Göz ətrafında edilən iki əməliyyat 26 000 lirəyə (təxminən 2 470 AZN) başa gəlib. Aktrisanın qaş gərmə əməliyyatı olunmadığı bildirilir. Onun baxışları təbiidir. 

Həmin dövrlərdə maye dolğular olmadığından aktrisanın dodaqlarına və yanaqlarına süni gel vurulub. Aktrisanın dodaq və yanaq gelləri üçün ümumilikdə 20 000 lirə (təxminən 1 900 AZN) ödənilib.

Aktrisanın üz nahiyəsindəki bütün botokslara isə 4000 lirə (təxminən 380 AZN) pul xərclənib. Türkan Şorayın üzündəki bütün bu prosedurlar 15 il ərzində edilib.

(baku.ws)

 

Xəbər lenti