İkinci körpəsinə hamilə olan aktrisa Fahriye Evcen və 3 yaşlı oğlu Karan Özçivit koronavirusa yoluxub.
Evlərində karantinə alınan ana və oğulun səhhətinin yaxşı olduğu öyrənilib.
Məlum olub ki, 3,5 aylıq hamilə olan Fahriye Evcen həyat yoldaşı Burak Özçivit və oğlu Karan ilə Bodrumda istirahətdə olarkən oğlu ilə birlikdə vəziyyəti pisləşib. Ana-oğul dərhal xəstəxanaya aparılıb.
Koronavirus testlərinin pozitiv çıxmasından sonra onlar karantinə alınıblar.
Qeyd edək ki, Burak Özçivitin də koronavirus testindən keçəcəyi bildirilir.