Xəzər Xəbər

Fahriye Evcen oğluna görə RESTORANI TƏRK ETDİ FOTO

Şou Biznes | 14:10 • 29 İyul 2022
Fahriye Evcen oğluna görə RESTORANI TƏRK ETDİ

İkinci uşağına hamilə olan aktrisa Fahriye Evcen həyat yoldaşı Burak Özçivit və oğlu Karanla istirahətə yollanıb.

Bodrumda yaxta ilə səyahət edən cütlük Yalıkavakdakı məkanlardan birində şam edib. 

Restoranda olarkən Karan bilmədən müştərinin əyləşdiyi masaya toxunub. 

Narahat edildiyi üçün əsəbiləşən müştəri Karana "Yavaş ol bir az, bu nədir?" sözlərini söyləyib. Fahriye azyaşlı oğluna deyilənlərdən hiddətlənib. O, ayağa qalxaraq "Etdiyiniz hərəkətə görə ayıb olsun. O, hələ uşaqdır" sözlərini söyləyib.  

Əsəbini cilovlaya bilməyən müştəri "Nə edim ki, uşaqdır?" sözləri ilə yenidən Fahriyeyə sərt reaksiya verib. Bundan sonra cütlük azyaşlı oğlu Karanı da götürərək məkandan uzaqlaşıb. 

 

Xəbər lenti