Türkiyənin məşhur aktrisası Songül Öden “Nomen” serialının çəkilişi zamanı ölümlə üz-üzə gəlib.
Aktrisa qəza səhnəsi zamanı avtomobilin hava yastığının qəfil açılması nəticəsində çətin vəziyyətə düşüb.
Oturacağa ilişib qalan, qarın və qol nahiyələrindən xəsarət alan Songül xəstəxanaya aparılıb.
Aktrisanın səhhətinin hazırda yaxşı olduğu bildirilib.