Xəzər Xəbər

Türkiyəli məşhur müğənninin gözəllik sirri hər kəsi təəccübləndirdi: Sünnət dərisindən... FOTO

Şou Biznes | 16:25 • 22 İyul 2022
Türkiyəli məşhur müğənninin gözəllik sirri hər kəsi təəccübləndirdi: Sünnət dərisindən...

Türkiyənin məşhur aktyoru Hamdi Alkanın keçmiş həyat yoldaşı, müğənni Selen Görgüzelin gözəllik sirri ilə bağlı açıqlaması gündəm olub.

Belə ki, Selen yeni doğulan oğlan uşaqlarının sünnət dərisindən dəriyə qulluq üçün istifadə etdiyini açıqlayıb.

43 yaşlı müğənni həmin dəridən əldə edilən kök hüceyrələrdən hazırlanan qarışığı dəri estetikasında istifadə etdiyini deyib.

“Sizə desəm, inanmazsınız ki, belə bir üsul var. Sünnət qalıqlarından alınan kök hüceyrələr dəri üçün çox faydalıdır. Bu üsulla dəriyə qulluq etmişəm, bu sistem tamamilə qanunidir və bütün icazələrini də almışam”, - deyə Selen bildirib.

 

Xəbər lenti