Dünyaca məşhur aktyorların filmlərdən və seriallardan əldə etdiyi qonorarlar açıqlanıb.
Siyahıya Hollivud ulduzu Tom Kruz liderlik edir. O, "Top Gun: Maverick" filmindən kifayət qədər yüksək qazanc əldə edib.
Çəkildiyi ekran işlərindən fantastik gəlir əldə edən aktyorlar arasında Uill Smitt, Bred Pitt, Leonardo Di Kaprio, Vin Dizel, Denzel Vaşinqton kimi ulduzların da adını çəkmək olar.
XəzərXəbər filmlərdən və seriallardan yüksək gəlir əldə edən məşhurların siyahısını oxuculara təqdim edir:
Tom Kruz - 100 milyon dollar, "Top Gun: Maverick" filmi
Uill Smitt - 35 milyon dollar, "Emanciaption" filmi
Leonardo Di Kaprio - 30 milyon dollar, "Killers of the Flower Moon" filmi
Bred Pitt - 30 milyon dollar, "Formula 1 Drama" filmi
Dueyn Conson - 22 milyon 500 min dollar, "Black Adam" filmi
Uill Ferrel - 20 milyon dollar, "Spirited" filmi
Kris Hemsvort - 20 milyon dollar, "Extraction 2" filmi
Vin Dizel - 20 milyon dollar, "Fast & Furious 10" filmi
Tom Hardi - 20 milyon dollar, "Venom 3" filmi
Denzel Vaşinqton - 20 milyon dollar, "The Equalizer 3" filmi
Ceyson Mamoa - 15 milyon dollar, "Aquaman and the Last Kingdom" filmi
Marqo Robbi - 12 milyon 500 min dollar, "Barbie" filmi
Tom Hopper - 200 min dollar, "The Umbrella Academy" filmi
baku.ws