Xəzər Xəbər

Tanınmış müğənnidən ETİRAF: "Qumar oynayıram" FOTO

Şou Biznes | 14:00 • 21 İyul 2022
Tanınmış müğənnidən ETİRAF: "Qumar oynayıram"

Türkiyənin məşhur müğənnisi Aleyna Tilki müzakirələrə səbəb olacaq açıqlaması ilə gündəmə gəlib.

22 yaşlı müğənni hərdən qumar oynadığını etiraf edib:

"Kiprdə limitli miqdarda qumar oynamağı sevirəm. Özümə limit qoyuram ki, müəyyən qədər oynayacağam və ondan o tərəfə oynamıram".

İfaçının bu etirafından sonra sosial media istifadəçiləri Serdar Ortaçın da bu yolu keçdiyini, hətta "yeni Serdar Ortaç" olduğunu deyiblər.

Qeyd edək ki, "O sen olsan bari", "Cevapsız çınlama", "Dipsiz kuyum" və s. kimi mahnıların ifaçısıdır.  

Xəbər lenti

Çox oxunanlar