Xəzər Xəbər

Məhkəmə Tatlısesin mirasını ona verəcək - QƏRAR

Şou Biznes | 17:34 • 7 İyul 2022
Məhkəmə Tatlısesin mirasını ona verəcək - QƏRAR
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin mirası ilə bağlı məhkəmənin qərarı açıqlanıb. 
 
XəzərXəbər Lent.az-a istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, Tatlısesin mal-mülkünün varisi oğlu Ahmet Tatlıses olacaq. Bundan başqa, qərarda qeyd edilir ki, varis elan edilən Ahmet "malları satıla bilməz".
 
Sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olan xəbərə izləyicilər belə şərhlər yazıblar: "Yaxşı oldu, doğru qərar budur", "Sevgililərinə miras qoymağı düzgün olmazdı", bəziləri isə "Çox ayıb olub, o pulları İ.Tatlıses qazanıb".
 
Qeyd edək ki, bir müddət əvvəl İbrahim Tatlısesin "Başımdan vurulduğum gün oğlum (Ahmet Tatlısesi nəzərdə tutur-red.) kassaları yarmışdı" açıqlaması gündəmə bomba kimi düşmüşdü. 

Xəbər lenti

Çox oxunanlar