Xəzər Xəbər

Berdan Mardinidən şok sözlər: 10 illik evliliyimin 9 ilini xəyanətə uğradım

Şou Biznes | 10:00 • 28 İyun 2022
Berdan Mardinidən şok sözlər: 10 illik evliliyimin 9 ilini xəyanətə uğradım

Türkiyənin məşhur müğənnisi Berdan Mardini ötən il boşandığı keçmiş həyat yoldaşı Fatoş Yelliler haqqında şok açıqlamalar verib. 

İki uşaq atası Berdan həyat yoldaşı ilə evliliyi zamanı dəfələrlə xəyanətə uğradığını etiraf edib.

O, yaşadıqlarını belə şərh edib: 

“Mən evdə olmayanda parik taxıb gecə klublarına gedirdi. Uşaqlara da tapşırırdı ki, atanız soruşsa deyin ki, anamız yatıb. 10 illik evliliyimin 9 ilini xəyanətə uğramışam. Uşaqlar da analarını görmək istəmir, onlar ana qayğısı görməyib. Ana olaraq övladlarına süd belə verməyib, uşaqlar dayənin əlində böyüyüb”. /oxu.az

Xəbər lenti

Çox oxunanlar